Türkiyədə təhsilini bitirən azərbaycanlı hərbi qulluqçulara diplomlar təqdim olunub

Tokio, 24 avqust , /AJMEDIA/

Türkiyənin paytaxtı Ankarada yerləşən Jandarma və Sahil Mühafizə Akademiyasının məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
AJMEDIA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi, avqustun 22-də keçirilən mərasimə vitse-prezidenti Fuad Oktay, daxili işlər naziri Süleyman Soylu və digər vəzifəli şəxslər də qatılıblar.
Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə 5 illik hərbi təhsilini müvəffəqiyyətlə bitirən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 3 hərbi qulluqçusuna leytenant hərbi rütbəsi verilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov tərəfindən diplomlar hərbi qulluqçularımıza təqdim edilib.
Rütbələrinin sevincini və qürurunu keçirən gənc zabitləri diplom və ilk hərbi leytenant rütbəsi almaları münasibətilə təbrik edən hərbi attaşe onlara Azərbaycanın gələcəyi, Silahlı Qüvvələrimizin inkişafı, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts