Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, 5 nəfər ölüb, 23 nəfər yaralanıb

Tokio, 30 iyul , /AJMEDIA/

Türkiyənin Qars şəhərində sərnişin avtobusu dərəyə aşıb.

AJMEDIA xəbər verir ki, hadisə yerinə təcili yardım briqadaları, xilasedicilər və polis əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 23 nəfər isə xəsarət alıb.

Xilasedicilər xəsarət alanları avtobusdan çıxardıqdan sonra onlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts