Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan beynəlxalq yardım çağırışını gözləmədən yardım etdi- Cahid Bağçı

Tokio, 14 fevral , /AJMEDIA/

Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan beynəlxalq yardım çağırışını gözləmədən yardım etdi.

AJMEDIA-nın məlumatına görə, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı brifinq zamanı deyib.

O qeyd edib ki, zəlzələdən 6 saat keçməmiş Azərbaycandan yardım təyyarəsi yola düşdü.

“Eyni gün daha 3 təyyarə yardıma göndərildi. Qardaş Azərbaycanın bütün bölgələrindəki ürəklər Türkiyə ilə birgə döyündü. Kimin nəyə gücü çatırsa, Bakıdakı yardım məntəqələrinə daşıdı”, -deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts