Türkiyə səfiri Azərbaycan Prezidentinin köməkçisinə Qarabağ Zəfərinə həsr olunmuş gümüş sikkə hədiyyə edib

Tokio, 4 oktyabr , /AJMEDIA/

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
AJMEDIA xəbər verir ki, səfir bununla bağlı özünün tviter hesabında bildirib.
Diplomat qeyd edib: “Hikmət Hacıyevə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Qarabağ Zəfəri ilə əlaqədar hazırlanmış gümüş xatirə sikkəsini hədiyyə etdim. Türkiyə haqlı mübarizəsində sonadək Azərbaycanın yanındadır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts