Türkiyə qanunlarına müdaxiləyə cəhd göstərmək istəyən səfirlər səhvlərini etiraf ediblər

Tokio, 26 Oktyabr, /AJMEDIA/

Türkiyənin məhkəmə qərarlarına müdaxiləyə cəhd göstərən səfirlər səhvlərini etiraf ediblər

AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyinin tviter sosial şəbəkə hesabında etdiyi paylaşımda yazılıb: “ABŞ 18 oktyabr tarixli açıqlama ilə əlaqədar bəzi problemlərin nizama salınmasına dair diplomatik əlaqələr haqqında Vyana Anlaşmasının 41-ci maddəsinə riayət etməyi uyğun bilir”.

Osman Kavalanın həbsdən buraxılmasına edilən çağırışı imzalayan Kanada, Finlandiya, Danimarka, Niderland, Yeni Zelandiya, Norveç və İsveçin Türkiyədəki səfirləri də ABŞ səfirinin tviter sosial şəbəkə hesabındakı açıqlamanı paylaşıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osman Kvalanın buraxılmasına çağırış edən on dövlətin səfirlərinin hərəkətlərinə kəskin etirazını bildirib.

Osman Kavala 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə həbs olunub.

Diplomatik əlaqələr haqqında Vyana Anlaşmasının 41-ci maddəsi diplomatlardan fəaliyyət göstərdiyi ölkənin qanunlarına və qərarlarına hörmət göstərməyi tələb edir.

Ən son rəsmi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və digər səfirliklərin sözügedən açıqlamasını müsbət qarşılayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts