Türkiyə Prezidentinin andiçmə mərasimində Nikol Paşinyan da iştirak edəcək

Tokio, 2 iyun , /AJMEDIA/

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gedəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək təklifi alıb. İyunun 3-də Nikol Paşinyan Ankaraya yola düşəcək”, – məlumatda belə deyilir.
Türkiyə Prezidentinin inauqurasiya mərasimində Paşinyanın mümkün iştirakı barədə NTV telekanalı da məlumat verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts