Türkiyə Prezidenti: Zirvə Görüşündən gözlədiyim Türkmənistan qazını ölkəmizə gətirməkdir

Tokio, 14 dekabr , /AJMEDIA/

Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə Görüşündən gözlədiyim Türkmənistan qazını Xəzər vasitəsilə ölkəmizə gətirməkdir.
AJMEDIA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərdən öncə jurnalistlərə müsahibəsində bildirib.
Enerji, nəqliyyat və kommersiya məsələlərinin Zirvə Görüşünün əsas müzakirə mövzularından olacağını deyən Prezident Ərdoğan görüşdən sonra Türkmənistan qazını Xəzər vasitəsilə Türkiyəyə gətirə biləcəklərinə ümidvar olduğunu söyləyib.
Səfərdən əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşdüyünü xatırladan Prezident Ərdoğan bir çox mövzu ətrafında fikir mübadiləsi apardıqlarını, o cümlədən Konstitusiyaya ediləcək dəyişiklikləri müzakirə etdiklərini deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts