Türkiyə Prezidenti Azərbaycanla Preferensial Ticarət Sazişinə dair Protokolu təsdiq edib

Tokio, 25 may , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiq edib.

AJMEDIA xəbər verir ki, müvafiq qərar şənbə günü, mayın 25-də Türkiyə hökumətinin rəsmi orqanı olan “Resmi Gazete” nəşrində dərc olunub.

Preferensial Sazişə daxil edilən malların siyahısının genişləndirilməsini nəzərdə tutan sənəd 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb və bu il fevralın 29-da Türkiyə parlamenti tərəfindən ratifikasiya edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts