Tokio, 8 oktyabr , /AJMEDIA/
Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) 58 silahlısını məhv edib.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinın sosial şəbəkədə yayılan məlumatında deyilir.
“Silahlı qüvvələrimiz tərəfindən qanuni müdafiə hüququ çərçivəsində həyata keçirilən əməliyyat zamanı Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayı 58-ə yüksəlib”, – deyə məlumatda bildirilib.
Şənbə günü səhər Türkiyə Müdafiə Nazirliyi “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh Çeşməsi” əməliyyatları bölgəsində 14 terrorçunun zərərsizləşdirildiyi barədə məlumat vermişdi.
Xatırladaq ki, Türkiyə PKK terror qruplaşması ilə 1987-ci ildən bəri mübarizə aparır. Terrorçulara qarşı əməliyyatlar həm ölkə daxilində, həm də qonşu İraq və Suriya ərazisində keçirilir.