Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Tokio, 17 iyun , /AJMEDIA/

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi nəzdində Meşə Təsərrüfatı İdarəsi (OGM) meşə yanğınları riski zonalarının interaktiv xəritəsini işləyib hazırlayıb.

AJMEDIA xəbər verir ki, xəritənin fəaliyyətinin əsasını təşkil edən süni intellekt 400-dən artıq amil, o cümlədən meteoroloqların proqnozları, torpağın vəziyyəti və ötən illərin hadisələri əsasında meşə massivlərindəki vəziyyətin təhlilini aparmağa imkan verir.

Meşə yanğınları riski zonalarının interaktiv xəritəsi Türkiyənin meşə massivlərində vəziyyətin operativ monitorinqi məqsədilə 2021-ci ilin genişmiqyaslı yanğınlarından sonra işlənib hazırlanıb.

OGM-dən xəritənin 2022-ci ilin avqust ayında tətbiq edildiyi, onun ehtimal olunan yanğın bölgələrində risklərin modelləşdirilməsinə, kadr və texnikanın əvvəlcədən cəmləşməsinə imkan verdiyi bildirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts