Türkiyənin Sahil Mühafizə qrupları 2023-cü ildə 25 mindən çox qeyri-qanuni immiqrantı xilas edib

Tokio, 1 yanvar , /AJMEDIA/

Türkiyənin Sahil Mühafizə qrupları 2023-cü ildə Egey dənizində 25 min 889 qeyri-qanuni immiqrantı xilas edib.

AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkələrini tərk edərək qeyri-qanuni yollarla Avropaya getməyə çalışan immiqrantlar yunanlar tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılır. Rezin qayıqlarda köməksiz vəziyyətdə qalan miqrantların son ümidi Türkiyə Sahil Mühafizəsi qrupları olur.

Ötən il qeyri-qanuni yollarla xaricə keçməyə çalışan 25 min 770 qeyri-qanuni immiqrant da Türkiyə Sahil Mühafizəsi qrupları tərəfindən yaxalanıb. Onlar həmçinin dənizdə köməyə çağıran 4962 qeyri-qanuni immiqrantı da xilas ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts