Türkiyənin Malatya şəhərində 4,6 bal gücündə zəlzələ baş verib

Tokio, 26 noyabr, /AJMEDIA/

Noyabrın 25-də Türkiyənin Malatya əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.

AJMEDIA Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20.20-də qeydə alınıb.

Zəlzələnin episentri Doğanşehir rayonunda, ocağı isə 9,75 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts