Türkiyədə mikroavtobus aşıb, ölənlər və yaralananlar var

Tokio, 30 yanvar, /AJMEDIA/

Türkiyənin Denizli vilayətində işçiləri daşıyan mikroavtobus aşıb. İlkin məlumata görə, qəzada sərnişinlərdən 4-ü ölüb, 6 nəfər yaralanıb.

AJMEDIA xəbər verir ki, hadisə Denizlinin Pamukkale rayonu ərazisində baş verib. Mikroavtobusun şüşə fabrikinin işçilərini daşıdığı bildirilir.

Qəza mikroavtobusun yol kənarındakı zibil qutuları və beton işıq dirəyinə çırpılaraq aşması nəticəsində baş gəlib.

Bölgəyə səhiyyə, jandarma və yanğınsöndürən qruplar yönləndirilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts