Türkiyədə birgünlük matəm elan edilib

Tokio, 1 avqust, /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin həlak olması ilə bağlı ölkədə birgünlük matəm elan edib.

AJMEDIA xəbər verir ki, bu barədə Ərdoğan sosial şəbəkədə paylaşım edib.

“Fələstin münaqişəsinə dəstəyimizi göstərmək məqsədilə avqustun 2-də birgünlük milli matəm elan edirik”, – deyə Türkiyə lideri bildirib.

Prezident Ərdoğan paylaşımına milli matəmlə bağlı imzaladığı fərmanın surətini də əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts