Türkiyə Qarabağla bağlı dördtərəfli görüş keçirməyi təklif edib

Tokio, 16 sentyabr , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, o, Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif edib. Bu barədə AJMEDIA-ya Türkiyə KİV-ə istinadla xəbər verir.

Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka yola düşməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında deyib: “Bəli, əvvəllər nəzərdə tutulduğu kimi, üçtərəfli formatda görüş keçirilməsi bizim prioritetimizdir. Amma biz, həmçinin dördtərəfli formatda görüşməyi təklif etdik. Bu təklifi çatdırdıq. Yəni mən özüm, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan. Mən dedim ki, gəlin görüşək, atılacaq addımları birlikdə müzakirə edək. Amma indiyədək bu təklifə müsbət və ya mənfi cavab almamışıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts