Türkiyə millisinin hücumçusu Avropa çempionatının əsas ulduzu olmağa namizəddir

Tokio, 13 fevral , /AJMEDIA/

Bu il Almaniyada keçiriləcək Avropa çempionatında ulduz olmağa namizəd 20 yaşadək futbolçuların adları açıqlanıb.

AJMEDIA xarici mətbuata istinadən xəbər verir ki, siyahıda Türkiyə millisinin və İtaliya “Yuventus”unun hücumçusu Kənan Yıldız da var. Bu mövsüm Turin klubunun heyətində 23 matçda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan gənc oyunçudan gözləntilər böyükdür.

Siyahıda İspaniyanın “Real Madrid” klubundan Cud Bellingem, “Barselona”dan Lamin Yamal, “Atletiko”dan (Madrid) Artur Vermeren və Fransa PSJ-sindən Vorren Zair-Emri kimi oyunçular da yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts