Tokio, 7 iyul , /AJMEDIA/
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, televiziya kanalları və mətbu nəşrləri bir gün əvvəl Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırıblar.
AJMEDIA xəbər verir ki, “Sabah” qəzeti Şuşa Zirvə görüşü barədə “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsinin zəruriliyi haqqında söylədiyi fikirlər sitat gətirilir. Bu görüşün türk dövlətləri arasında əlaqələrin daha da konsolidasiyası və möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanır.