Tokio, 18 aprel, /AJMEDIA/
Türkiyə hökuməti Azərbaycanla qaz sahəsində əməkdaşlığa dair Sazişi təsdiqləyib.
AJMEDIA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sənəd cümə günü, aprelin 18-də Türkiyə hökumətinin rəsmi qəzetində – “Resmi Gazete”də dərc olunub.
Azərbaycan ilə Türkiyə arasında qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.