“Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub

Tokio, 7 iyul , /AJMEDIA/

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AJMEDIA-ya verilən məlumata görə, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin tədbirlər planı”, “Şuşa – türk dünyasının mədəniyyət paytaxtı – 2023”ün rəsmi açılış mərasimi”, “Xarıbülbül” beynəlxalq musiqi festivalı”,“Görkəmli şəxsiyyətlər Şuşa haqqında”, “Tarixi”, “Tarixi abidələr”, “İnzibatı quruluş”, “Görkəmli şəxiyyətlər”, “Nəşrlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.
Elektron məlumat bazası ilə http://anl.az/el/emb/MPSHUSA/index.htm linkindən tanış olmaq olar.
Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts