Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Şuşa şəhərindən paylaşım edib

Tokio, 15 iyun , /AJMEDIA/

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri və qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Şuşa şəhərindən paylaşım edib.
AJMEDIA xəbər verir ki, B.Yıldırım Cıdır düzündən etdiyi paylaşımda “Şuşa Bəyannaməsinin ildönümü ilə əlaqədar Qarabağın incisi Şuşadayıq” sözlərini qeyd edib.
B.Yıldırım, həmçinin Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, kənd təsərrüfatı naziri İnam Kərimov, eləcə də qardaş ölkələrimizin dövlət və hökumət qurumlarının rəsmi şəxslərinin iştirakı ilə Şuşa şəhərinin görməli yerləri ilə tanışlığını əks etdirən fotolar da paylaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts