Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

Tokio, 24 iyun, /AJMEDIA/

Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

AJMEDIA xəbər verir ki, imzalanma Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi”ndə baş tutub.

Anlaşma Memorandumunu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Kredit Bürosunun rəhbəri Orkun Deniz, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası (ACIPE) İdarə Heyətinin sədri, Qazaxıstanın “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov, Özbəkistanın “Kredit-informasiya analitik mərkəzi” Kredit Bürosunun rəhbəri Ravşan Abdukərimov, Qırğızıstanın “İşenim” Kredit Bürosunun baş direktoru Marlis Duyşequlov imzalayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts