Tokio, 31 mart , /AJMEDIA/
Türk Dövlətləri Təşkilatı rəsmi tviter hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
AJMEDIA xəbər verir ki, paylaşımda deyilir: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birgə soyqırımı qurbanlarını eehtiramla anır, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmaması üçün fəaliyyətimizi davam etdirəcəyimizi bir daha bildiririk”.