“TurAz Şahini – 2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edirlər

Tokio, 8 sentyabr, /AJMEDIA/

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, tapşırığın ssenarisinə uyğun olaraq, şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts