Tokio, 12 sentyabr , /AJMEDIA/
“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.