“Turan Tovuz” klubu daha dörd futbolçusu ilə müqaviləni yeniləyib

Tokio, 19 iyun , /AJMEDIA/

“Turan Tovuz” klubu daha 4 futbolçu ilə yeni müqavilə imzalayıb.
AJMEDIA xəbər verir ki, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqavilənin müddəti daha bir il artırılıb. Onlar 2023-2024-cü il mövsümünün sonunadək komandanın şərəfini qoruyacaqlar.
Tovuz klubu daha əvvəl Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyevlə də müqaviləni yeniləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts