“Turan Tovuz” braziliyalı hücumçu ilə müqavilə bağlayıb

Tokio, 12 yanvar , /AJMEDIA/

“Turan Tovuz” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

AJMEDIA klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Aleks De Souza Alkantaranı heyətinə qatıb.

Braziliyalı hücumçu ilə 2,5 il müddətinə rəsmi müqavilə bağlanıb.

Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin “Boluspor” və Litvanın “Hegelman” klublarının da formasını geyinib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts