Tokio, 8 dekabr, /AJMEDIA/
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya hərbi yardımını azala biləcəyini açıqlayıb.
AJMEDIA-nın məlumatına görə, bu barədə D.Tramp “NBC News” televiziya kanalına müsahibəsində bildirib.
Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı suallara cavab olaraq Tramp qeyd edib ki, onun vəzifəyə gəldikdən sonra Kiyev ABŞ-nin eyni səviyyədə dəstəyini gözləməyə də bilər.