Tokio, 11 oktyabr , /AJMEDIA/
Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.
AJMEDIA xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə Abdullah Avcı təyin olunacaq.
Superliqa təmsilçisi ilə anlaşan 60 yaşlı mütəxəssis oktyabrın 12-də Trabzona gedərək, rəsmi müqaviləyə imza atacaq. Hələlik sözləşmənin detalları açıqlanmayıb.
O, bu vəzifədə yenicə istefaya göndərilmiş Nenad Byelitsanı əvəzləyəcək.
Qeyd edək ki, daha əvvəl 2020-cı ilin noyabrından 2023-cü ilin mart ayınadək “Trabzonspor”a başçılıq etmiş Abdullah Avcı bu müddət ərzində komandası ilə həm Superliqanın, həm də ölkə Superkubokunun qalibi olub.