Tozlu hava şəraiti davam edir

Tokio, 28 may , /AJMEDIA/

Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınları üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur. Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

AJMEDIA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Bu gün səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.2 dəfə çox olduğu müəyyən edilib”, – deyə Gülnarə Abbasova qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts