“Toyota Motor” avtokonserni Yaponiyadakı zavodlarının işini bərpa edib

Tokio, 2 mart , /AJMEDIA/

“Toyota Motor” avtokonserni martın 2-də Yaponiyadakı zavodlarının işini bərpa etdiyini açıqlayıb.

AJMEDIA xəbər verir ki, şirkətin Yaponiyada fəaliyyət göstərən 14 zavodunun işi bir neçə gün əvvəl tədarükçülərdən birinə kiberhücumdan sonra dayandırılıb. “Kojima Industries Corp.” şirkətinin kompüter sistemi tam bərpa olunmasa da, konsern zavodların istehsal xəttinin yenidən işə salınması barədə qərar qəbul edib.

Fevralın 26-da “Kojima Industries Corp.” şirkətinin kompüter serverində yaranan problemdən sonra burada virus və təhlükəli məlumatın qeydə alındığı bildirilib. Plastik detalların istehsalı ilə məşğul olan bu şirkət müştərilərin fəaliyyətinə təsirin qarşısını almaq məqsədilə öz kompüter şəbəkəsinin işini dayandırıb.

“Toyota Motor”un xətlərinin işini dayandırması nəticəsində avtomobil istehsalında aylıq normanın 5 faizi həcmində və ya 13 min ədəd azalma qeydə alınıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hiroakzu Matsuno martın 1-də elan edib ki, sistemdə baş verən nasazlıq kiberhücumla əlaqədardır. O, şirkətləri yüksək ehtiyat tədbirləri görməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts