Tovuz sakini minaya düşüb

Tokio, 27 may , /AJMEDIA/

Bu gün saat 8 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AJMEDIA-ya bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts