Tomas Bax: BOK idmançılara münasibətdə qanunun aliliyinə riayət edir

Tokio, 18 fevral, /AJMEDIA/

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax təşkilatın idmançılara münasibətdə qanunun aliliyi prinsipindən çıxış etdiyini bildirib.

AJMEDIA xəbər verir ki, qurumun rəhbəri bu barədə mətbuat konfransında bildirib.

O, qeyd edib ki, qanuna əməl etmək üçün obyektiv olmaq lazımdır: “Biz qanunun aliliyinə əməl edirik. Əgər ona əməl ediriksə, o zaman obyektiv olmalıyıq. Pasportundan, mənşəyindən, keçmiş performansından asılı olmayaraq hər kəsə ədalətli davranılmasını təmin etmək istəyiriksə qanuna əməl etməliyik”.

Bax həmçinin qeyd edib ki, BOK Ümumdünya Antidopinq Agentliyinə (WADA) etibar edir və idmançılar tərəfindən dopinq qaydalarının pozulması hallarında lazımi tədbirlər görəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts