Tokionun mərkəzində yerləşən Ueno parkında ilk dəfə “Azərbaycan festivalı” keçiriləcək

Tokio, 14 dekabr , /AJMEDIA/

Dekabrın 16-17- də Tokionun mərkəzində yerləşən möhtəşəm Ueno parkında
ilk dəfə “Azərbaycan festivalı” keçiriləcək.
Bu barədə “AJMEDIA news portal”ına Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil bəy Kələntər məlumat verib. Mərkəzin sədri bildirib ki, paytaxt sakinlərinin və qonaqların ən çox ziyarət etdiyi Tokionun nəhəng Ueno istirahət və əyləncə parkında Azərbaycan festivalı Hiroyuki Saytounun rəhbərlik etdiyi “BMI Company Limited” qeyri-hökumət təşkilatı ilə birlikdə həyata keçiriləcək. Diaspor təşkilatının sədri əlavə edib ki, ilk dəfə təşkil olunacaq festivalın əsas məqəsədi Yaponiya paytaxtının sakinlərinə qədim və zəngin tarixə malik Azərbaycan mədəniyyəti barədə ətraflı məlumatların çatrırılmasıdır.
Xəlil bəy Kələntər əlavə edib ki, festival çərçivəsində Azərbaycan mədəniyyətinin, mətbəxinin, milli geyimlərinin nümayiş etdirilməsi, ölkəmiz haqqında məlumatların yayılması nəzərdə tutulur. Festivalın təşkili məqsədilə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə edilən müraciət müsbət qarşılanıb və festivalın təşkili üçün lazım olan vəsait ayrılıb, qısa zaman ərzində tədbir zamanı istifadə üçün milli geyimlərimiz və Dövlət bayraqları Tokioya göndərilib
Festival günlərində həm milli yeməklərimizin, həm Azərbaycan şərablarının təqdim ediləcəyi xüsusi köşklərin fəaliyyət göstərəcəyini əlavə edən Xəlil bəy bildirib ki, bayram çərçivəsində “Kələbək lotos” rəqs qrupu tərəfindən milli rəqslərimiz də nümayiş etdiriləcək. Bununla yanaşı, festivalda ümumtürk simli musiqi alətləri olan saz və tarda ifası ilə artıq Yaponiyada yaxşı tanınmış Kiyoşi Ohiranın qrupunun çıxışları planlaşdırılır və ziyarətçilərə 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazanmış ölkəmiz barədə məlumat nəşrlərinin paylanması nəzərdə tutulur.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts