Tokioda Azərbaycanla bağlı xəbərlər saytının işə başlaması Azərbaycan mətbuatının diqqət mərkəzindədir

Tokio, 4 sentyabr, /AJMEDIA/

Tokio şəhərində Azərbaycan diaspor fəallarının təşkilatçılığı ilə “ajmedia.jp” xəbərlər saytının işə başlaması Azərbaycan mətbuatı tərəfindən geniş işıqlandırılır.
AJMEDİA xəbər verir ki, həmin məlumatlarda Azərbaycan Diasporuna Dəstək Fondunun və ölkəmizin yapon dostlarının dəstəyi ilə yaradılan “ajmedia.jp” xəbərlər saytının baş redaktoru professor Akira Matsunaqanın fikirlərinə geniş yer verilir. Onun saytın yaradılmasının məqsədi, qarşıda duran hədəflər – Azərbaycan-Yaponiya əməkdaşlığının inkişafına töhfələr vermək, iki xalq arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirmək, bir-birini daha dərindən öyrənməyə yardım etmək kimi vəzifələr barədə dedikləri yer alıb.
Baş redaktor bildirib ki, Yaponiyada Azərbaycan və Azərbaycanda Yaponiya haqqında daha çox informasiyanın yayılması, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına dəstək, bir-birinin tarixi və mədəni köklərinin öyrənilməsi, dostluq əlaqələrinin daha da inkişafı üçün informasiya mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Xalqlarımız arasında yeni körpü rolunu oynayacaq xəbərlər portalının yaradılması da məhz bu amala xidmət edir.
Əlavə olaraq qeyd edək ki, saytda yalnız yapon və Azərbaycan dillərində deyil, həmçinin ingilis dilində də məlumatların yayılması bu, regionda yaşayan ingilisdilli oxucuları Azərbaycan barədə daha ətraflı məlumatlandırmağa xidmət edəcək. Azərbaycan tarixinin, mədəniyyətinin, mətbəxinin, müasir inkişafının təbliği ölkəmizə daha çox turist axınına təkan verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts