Tik Tok-da daha bir yenilik

Tokio, 16 noyabr , /AJMEDIA/

“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.

AJMEDIA xəbər verir ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirmək üçün müraciət edib.
ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə başlayıblar.

Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts