Teymur Cəfərov: Ağdam və Şuşanın qazlaşdırılması ilə əlaqədar layihələndirmə işləri aparılır

Tokio, 29 yanvar, /AJMEDIA/

İşğaldan azad olunan ərazilərdə qazlaşma ilə əlaqədar hazırda layihələndirmə işləri görülür. İlk olaraq Ağdam və Şuşanın qazlaşdırılmasından söhbət gedir.

AJMEDIA xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında KİV nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Birliyin “104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək işğaldan azad olunan rayonlarda abonentlərə xidmət ilə bağlı ilkin məlumatı KİV nümayəndələrinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdən daxil olan zəngləri cavablandırmaq üçün operatorlar təyin ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts