Tengiz Txilava: Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətləri davam edəcək

Tokio, 4 fevral , /AJMEDIA/

Gürcüstanda hakimiyyətə kimin, hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, Azərbaycan ilə münasibətlər dəyişməyəcək. Ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri inkişaf edəcək və daha da möhkəmlənəcək.

Bu sözləri gürcü politoloq, “Art Gallery” televiziya şirkətinin direktoru Tengiz Txilava açıqlamasında söyləyib.

Politoloq bildirib ki, əsrlər boyu Azərbaycan ilə Gürcüstan arasında çox sıx mehriban dostluq və qonşuluq münasibətləri mövcud olub. Müstəqilliyimizin bərpasından sonra bu münasibətlər daha da möhkəmlənərək, inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün bu iki ölkənin iştirakı ilə dünya üçün xüsusi əhəmiyyəti olan irimiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirilir. Bu layihələr bizi daha da yaxınlaşdırıb, əlaqələrimiz möhkəmlənib.

Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan ilə münasibətləri kəsmək və pozmaq istiqamətində Gürcüstana müxtəlif xarici təsirlər olub. Lakin heç bir hakimiyyət dost Azərbaycan ilə əlaqələri kəsməyib və münasibətlərimizin pozulmasına imkan verməyib. Bu gün də Gürcüstanda hakimiyyətə kimin və ya hansısa siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, münasibətlərimiz pozulmayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts