Tehranda xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəfn mərasimi başlayıb

Tokio, 23 may , /AJMEDIA/

İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəfn mərasimi başlayıb.

AJMEDIA xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Helikopter qəzasında həlak olmuş Əmir Abdullahiyanın dəfn mərasimi Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə paytaxt Tehrandakı meydanların birində keçirilir.

Mərasimdən sonra cənazə dəfn olunmaq üçün Şah Əbdüləzim Həsən türbəsinə aparılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts