Tehranda OANA-nın XVIII Baş Assambleyası işə başlayır

Tokio, 24 oktyabr , /AJMEDIA/

Bu gün Tehranda Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) XVIII Baş Assambleyası işə başlayır.
AJMEDIA xəbər verir ki, 29 ölkədən 33 agentliyin nümayəndə heyətləri İran paytaxtına gəliblər.
Bu forumda AZƏRTAC-ı agentliyin Almaniya və Belçikadakı xüsusi müxbiri, 2016-2019-cu illərdə OANA-nın baş katibi olmuş Vüqar Seyidov təmsil edir.
Xatırladaq ki, 2016-2019-cu illərdə bu təşkilatda AZƏRTAC sədrlik edib, OANA-nın XVI Baş Assambleyası isə Bakıda keçirilib.
Budəfəki Baş Assambleyada OANA-nın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi nəzərdə tutulur. Assambleyanın birinci iş günündə keçiriləcək elmi konfransda AZƏRTAC-ın nümayəndəsinin də məruzəsi gözlənilir. Bu məruzə koronavirus pandemiyasının media sektoruna təsiri mövzusuna həsr edilib. Sabah xəbər agentliklərinin bu nüfuzlu regional alyansının fəaliyyəti ilə bağlı təşkilati məsələlərə baxılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts