TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Tokio, 19 aprel , /AJMEDIA/

Aprelin 25-27-də ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək.

AJMEDIA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Macarıstan iştirak barədə artıq təsdiq veriblər. Türkmənistanla isə danışıqlar davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts