TDT və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar

Tokio, 1 iyun , /AJMEDIA/

Mayın 31-də Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Şuşa şəhərinə səfər ediblər.

AJMEDIA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Nümayəndə heyətləri Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar. Qonaqları məktəbdə yaradılmış müasir şəraitlə tanış edən elm və təhsil naziri Emin Əmrullayev müəssisədə qurulmuş STEAM mərkəzi haqqında məlumat verib.

Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts