TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

Tokio, 16 iyun , /AJMEDIA/

Xəbər verdiyimiz kimi, iyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

AJMEDIA xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsi ilə dövlətlərimiz arasında mövcud olan sarsılmaz, əbədi qardaşlıq münasibətləri bir daha bütün dünyaya bəyan edilib.

Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı “Biz birlikdə güclüyük!” adlı film nümayiş etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts