TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk

Tokio, 30 yanvar , /AJMEDIA/

Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Pakistan parlamenti sədrinin müavini Zahid Əkrəm Durrani ilə görüşündə deyib.
Əlcəzairdə 17-ci İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Konfransı çərçivəsində bir sıra görüşlər keçirən Şentop bu il Türkiyə-Pakistan diplomatik əlaqələrinin 75-ci ilinin tamam olunduğunu qeyd edib.
TBMM-nin sədri diplomatik münasibətlərdə müsbət inkişafın olduğunu, əlaqələrin yaxşı inkişaf etdiyini deyib. Onun sözlərinə görə, rəsmi Ankara Pakistan-Türkiyə əlaqələri ilə yanaşı, Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələr mexanizminə də xüsusi önəm verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts