Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan XİN nümayəndələrinin üçtərəfli görüşü keçirilir

Tokio, 17 aprel, /AJMEDIA/

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələrinin üçtərəfli görüşü keçirilir. Diplomatların görüşünün məqsədi üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxışlarını və fikirlərini bölüşməkdir.

AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya isə jurnalistlərə açıqlamasında deyib ki, görüşdə üçtərəfli əməkdaşlıq imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə dair birgə yanaşmalar inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts