Tayvanda qasırğa səbəbindən 200-dən çox aviareys ləğv olunub

Tokio, 5 oktyabr , /AJMEDIA/

Tayvanda “Koinu” qasırğası səbəbindən azı 224 aviareys ləğv olunub.

AJMEDIA xəbər verir ki, bu barədə adanın fövqəladə vəziyyətlər üzrə operativ qərargahı məlumat yayıb.

Ləğv olunan uçuşların 182-si daxili, 42-si isə Çinin materik hissəsinə və xarici ölkələrə olan reyslərdir. Tayfun, həmçinin Tayvanla yaxınlıqdakı arxipelaqlar arasında bərə əlaqəsinə də təsir edib. Səhər saatlarına olan məlumata görə, 15 istiqamət üzrə 136 bərə reysi ləğv olunub.

Adanın bəzi rayonlarında məktəblər bağlanıb və ofislərdə işlər dayandırılıb.

Sentyabrın 30-da Filippinin şərqində formalaşan “Koinu” qasırğası oktyabrın 5-nə keçən gecə Tayvanın cənub hissəsinə çatıb. Lanyuy adasında küləyin sürəti saniyədə 95,2 metrə çatıb ki, bu da son 126 il ərzində qeydə alınan ən yüksək göstəricidir. Təbii fəlakət nəticəsində 190 nəfər xəsarət alıb, təhlükəli rayonlardan 3 minə yaxın insan təxliyə edilib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts