Tokio, 20 mart , /AJMEDIA/
Şənbə günü Tayvanın mərkəzi hissəsində 5,1 bal gücündə zəlzələ olub.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, adanın seysmoloji xidmətinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də (Bakı vaxtı ilə 19:23) qeydə alınıb.
Zəlzələnin episentri Nantau şəhərindən 29,4 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Yer silkələnməsi Yunlin, Nantau, Szyai, Cjanxua qəzalarının ərazilərində hiss edilib. Həlak olanlar və dağıntılar barədə hələlik məlumat alınmayıb.
İyirmi üç milyondan çox əhalisi olan Tayvan Şərqi Asiyanın aktiv seysmik rayonunda yerləşir.