Tokio, 8 yanvar , /AJMEDIA/
Tayland ölkəyə gələnlərdən koronavirusa qarşı peyvəndin tam kursu haqqında sənədin təqdim edilməsini tələb edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Belə tələblər yanvarın 9-da yerli vaxtla saat 01:00-dan etibarən reyslərlə gələn sərnişinlərə şamil ediləcək. Tədbirlər ən azı yanvarın sonuna qədər qüvvədə qalacaq.