Tokio, 25 avqust , /AJMEDIA/
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Alabino hərbi poliqonunda avqustun 24-də “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, tankçılarımız yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparıblar.
Mərhələnin nəticəsinə əsasən Çin, Qazaxıstan və Azərbaycan tankçıları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.