Tanınmış reperin mikrofonu rekord məbləğə satılıb

Tokio, 10 avqust , /AJMEDIA/

Tanınmış reper Kardi B-nin konsert zamanı pərəstişkarının üzərinə atdığı mikrofon hərracda yüksək məbləğə satılıb.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, simsiz mikrofon şirkəti tərəfindən həmin mikrofon hərraca çıxarılıb və yeni sahibinə 100 min dollara başa gəlib.
Qeyd edək ki, Kardi B-nin konserti zamanı pərəstişkarlardan biri ifaçının üzərinə içki töküb və o, əlindəki mikrofonu izdihamın üzərinə atıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts