Tailandda avtobusun ağaca çırpılması azı 14 nəfərin ölümünə səbəb olub

Tokio, 5 dekabr , /AJMEDIA/

Tailandın cənubunda sərnişin avtobusunun ağaca çırpılması nəticəsində azı 14 nəfər ölüb, 35 nəfər yaralanıb.

AJMEDIA xəbər verir ki, bu barədə “Menecer Daily” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Banqkokdan təxminən 300 kilometr cənubda, Praçuap Khiri Xan əyalətində avtobus sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Qəza dekabrın 5-də yerli vaxtla təxminən 01:00-da baş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts